Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçtdan daha bir GSM abunəçilərinə sürpriz


“Nar Mobile” abunəçilərinin də telefon haqları poçt şöbələrində qəbul ediləcək. Bu barədə “Azərpoçt”MMC-dən verilən məlumatda deyilir. Bildirilir ki, müəssisə ilə şirkət arasında bu istiqamətdə nəzərdə tutulan layihənin uğurla həyata keçirilməsi üçün danışıqlar aparılır. Məqbul qərar qəbul edildikdən sonra “Azercell” və “Bakcell” şirkətlərinin ardınca “Azərfon” şirkətinin də abunəçilərinin aylıq abunə və danışıq haqlarının poçt şöbələrində qəbulu həyata keçiriləcək.
Qeyd edək ki, hazırda bəzi rayonlarda da xidmətin təşkil edilməsi ilə bütün respublikanın poçt şöbələrində “Azercell” şirkətinin xidmət haqlarının qəbulu mümkün olacaq. Qeyd edək ki, bir neçə il öncə bütün PF-lərdə “Bakcell”MMC-nin abunəçilərindən xidmət haqlarının qəbulu təşkil edilib.




08/07/11    Çap et