Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda televizorların istehsalı 1,9 dəfə artıb
Bu ilin birinci rübündə kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 63,2 milyon manat olub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompyuter və digər elektron avadanlıqların istehsalı 37 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 4,9 dəfə artıb.
Yanvar-mart ayları ərzində 24 ədəd güc transformatorları (65,7% az), 885 ədəd məişət soyuducuları istehsal edilib (25% çox), televizorların istehsalı 1,9 dəfə artıb (6030 ədəd).
GÜLNAR
30/04/12 Çap et