Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” MMC “Zolotaya Korona” ilə danışıqlar aparır
“Azərpoçt” MMC və “Zolotaya Korona” beynəlxalq pul köçürmələri sistemi ilə bağlı danışıqlar davam etdirilir. Yaxın gələcəkdə bu pul sisteminin də əhalinin istifadəsinə verilməsi planlaşdırılır. Müəssisədən verilən məlumata görə, danışıqlar baş tutsa, bu, “Azərpoçt”MMC-nin növbəti uğurlarının davamı olacaq. Xatırladaq ki, hazırda poçt şöbələrində “Western Union” pul köçürmələri sistemi uğurla tətbiq olunur. Bundan başqa “Coinstar” və “CONTACT” beynəlxalq pul köçürmələri sisteminə isə qoşulma prosesi həyata keçirilməkdədir.
08/07/11 Çap et