Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yarımkeçiricilər bazarının həcmi 2011-ci ildə 300 milyard dolları ötüb
"İCTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, "IDC" analitik şirkəti 2011-ci ilin yarımkeçiricilər bazarına dair hesabat dərc edərək ötən il bu bazarın həcminin 301 milyard dollar təşkil etdiyini açıqlayıb. Bu, 2010-cu ilin nəticələrindən 3,7 faiz çoxdur.
Hesabat müəllifləri bildirirlər ki, bu sahə il boyu Avropa və ABŞ iqtisadiyyatının zəifliyini, eləcə də Yaponiyada martda baş vermiş sunami və zəlzələləri hiss edib. İlin ikinci yarısında buna Çin iqtisadiyyatının inkişaf tempinin azalması da əlavə olunub.
Digər tərəfdən sahəyə mobil elektronikaya tələbatın artması sayəsində müsbət tendensiyalar təsir göstərib. Mədaxil strukturunda "İntel" korporasiyası yarımkeçiricilərin satışı hesabına 51,8 milyard dollar əldə etməklə nisbətən daha çox paya sahib çıxıb. İkinci yerdə satışdan 29 milyard dollar qazanan "Samsung" şirkəti qərarlaşıb.
Liderlər beşliyini "Texas Instruments", "Toshiba" və "Renesas Electronics" şirkətləri tamamlayır. "IDC"-nin proqnozlarına əsasən, 2012-ci ildə yarımkeçiricilər sahəsi hazırkı tendensiyalar saxlanılmaqla 6-7 faizlik artım nümayiş etdirəcək.
EMİL
01/05/12 Çap et