Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” elektron kitabların satışı üzrə şirkət yaradır


Amerikanın aparıcı  proqram təminatçısı olan "Microsoft" korporasiyası  ABŞ-da böyük pərakəndə kitab şəbəkəsi olan "Barnes&Noble” ilə birgə elektron kitabların satışı ilə məşğul olacaq  şirkət yaradırlar. Bu barədə şirkətlərin birgə yaydığı bəyanatda bildirilib.

Hazırda "Barnes&Noble” şirkətinin Amerikanın rəqəmli kitab bazarındakı  payı təxminən 27 faiz təşkil edir.
Sazişə əsasən, "Microsoft" korporasiyası yeni şirkətə təxminən 300 milyon dollar həcmində sərmayə yatıracaq və onun 17.6 faiz kapitalına hüquq əldə edəcək.
 




 
 
EMİL
 




01/05/12    Çap et