Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt filiallarında bank hesabı açan müəssisələrin sayı artır


“Azərpoçt” MMC-də bir sıra bank əməliyyatları xidmətlərinin tətbiqi prosesi davam etməkdədir. Müəssisədən verilən məlumata görə, maliyyə xidmətlərinin göstərilməsi məqsədilə Mərkəzi Bankın “AZİPS” və “XÖHKS” sistemlərinə, eləcə də “SWIFT” sisteminə qoşulması tam başa çatdırılıb. Ödənişlərə  mütəmadi olaraq nəzarət həyata keçirilir.

“Azərpoçt” MMC-nin əksər məntəqələrində çoxlu sayda bank hesabları açılıb. Bir çox filiallarda  ilk lokal plastik kartlar emissiya edilib.Yerli və beynəlxalq ödəniş sistemlərinə, o cümlədən, xarici banklarda “Citibank”, “Raifaizenbank” və Rusiyanın “Sberbank”ında artıq müxbir hesablar açılaraq “MasterCard”a qoşulma prosesi sona çatıb.










RƏVAN




01/05/12    Çap et