Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DİQQƏT: Hakerlər bank kartlarını radio dalğalar vasitəsilə “sındırmağı” öyrəniblər


Şəbəkə təhlükəsizliyi üzrə mütəxəssislər bildiriblər ki, radiotezlik eyniləşdirməsi funksiyasına malik bank kartlarına hakerlər tərəfindən hücum edilə bilər. Belə ki, kibercinayətkarlar hesaba artıq yalnız internet vasitəsilə deyil, həm də yaxınlıqdan xüsusi qurğu vasitəsilə  giriş imkanı əldə edə bilərlər.

 “İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, radiotezlik eyniləşdirməsi funksiyasına malik kartların əks etdirdiyi zəif radiosiqnal istifadəçiyə onunla əməliyyat aparmağa imkan yaradır. Lakin  bu radiosiqnal xüsusi haker qurğusu vasitəsilə ələ keçirilə bilər.

Mütəxəssislər qeyd ediblər ki, hələ ki belə hücumdan qorunmaq üçün xüsusi mühafizə sistemi mövcud deyil, lakin insanlar bank kartlarını folqaya  bükərək onları haker hücumlarından qoruya bilərlər.



 
EMİL





02/05/12    Çap et