Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Komitəsi elektron xidmətlərin tətbiqinə başladı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi elektron xidmətlər göstərməyə başlayıb. Komitənin mətbuat xidmətindən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, bununla əlaqədar rəsmi internet səhifəsində elektron xidmətlər bölməsi yaradılıb. Komitə 4 elektron xidmət təqdim edir.
Bura təklif və tövsiyələr, müraciətlər, suallar və ölkələrarası övladlığa götürmə ilə əlaqədar xidmətlərin elektron qaydada həyata keçirilməsi daxildir.
CAHANGİR
02/05/12 Çap et