Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsi səhmlərini “NASDAQ” birjasında yerləşdirməyə hazırlaşır


901 milyon istifadəçini birləşdirən dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” səhmlərini mayın 18-də “NASDAQ” birjasında yerləşdirəcək.

Ekspertlərin hesablamalarına görə, “Facebook” birjaya çıxmaqla təxminən 5 milyard dollar cəlb edə biləcək. Şirkət isə 100 milyard dollar həcmində  qiymətləndirilir.

“Facebook” səhmlərinin birjada yerləşdirilməsini Amerikanın “Goldman Sachs” və “Morgan Stanley” investisiya bankları həyata keçirəcəklər.





 
EMİL




02/05/12    Çap et