Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola Mobility” şirkəti məhv olur?


“Motorola Mobility” şirkətinin 2012-ci ilin birinci rübünə dair nəticələri heç də ürəkaçan deyil. Belə ki, şirkətin zərəri yenidən artıb, satılmış mobil qurğuların sayı isə keçən illə müqayisədə 4.3 faiz azalıb.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, “Motorola” şirkəti birinci rübdə 8,9 milyon smartfon, mobil telefon və planşet satıb.

1 il əvvəl bu göstərici 9,3 milyona bərabər idi. Lakin smartfon satışında artım qeydə alınıb; onların satışları 24 faiz artaraq 5,1 milyon təşkil edib. Məhz bunun sayəsində mobil qurğu satışlarından əldə olunan xalis mədaxil 3.1 faiz artıb.

Bununla belə, “Motorola” şirkətinin zərəri artıb və 2012-ci ilin ilk üç ayının nəticəsinə görə 86 milyon ABŞ dolları və ya 1 səhm üçün 28 sent təşkil edib. Ümumiyyətlə isə “Motorola” şirkətinin rüblük mənfəəti 1,5 faiz artaraq 3,08 milyarda çatıb.



 
EMİL





02/05/12    Çap et