Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropada yeni İT müəssisələrə dəstək üçün fond yaradılır
Avropada yeni başlamış informasiya texnologiyaları (İT) layihələrini maliyyələşdirəcək “Connect Ventures” vençur şirkəti təsis edilir. Vəsaitlər fəaliyyətə yenicə başlamış şirkətlərə ayrılacaq və sərmayə paketinin məbləği 250 min avrodan 1,25 milyon avroyadək dəyişəcək.
“İCTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, rəhbərliyin məlumatına görə, fond artıq sərmayəçilərdən 35 milyon avroya yaxın vəsait toplayıb, lakin hələlik bu məbləğin yarısını sərəncamına alacaq.
Onların fikrincə, Avropada çoxsaylı sahibkarlıq ideyaları və istedadlı şəxslər var, lakin hazırkı vençur şirkətlərinin əksəriyyəti layihələri risklərin aşağı olduğu sonrakı mərhələlərində maliyyələşdirir. Başlanğıc mərhələlərdə cəlb edilən kapital mahiyyətinə görə daha risklidir, amma “Connect Ventures” nümayəndələri qeyd edirlər ki, hazırda Avropada xərcini ödəyəcək yüksək potensiallı kifayət qədər yeni texnoloji ideyalar var.
Fond yaradıcıları əlavə edirlər ki, yeni fond bütün Avropada İT şirkətlər axtarır, lakin əsas diqqət İT baxımından daha çox inkişaf etmiş Londona yönəldiləcək.
EMİL
02/05/12 Çap et