Müdafiə Nazirliyinin internet səhifəsi yenilənib
Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi (
mod.gov.az) yenilənib. Mayın 1-dən etibarən istifadəyə verilib. Bu barədə "İCTnews " elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib.
O bildirib ki, sayt 2 ay müddət fəaliyyət göstərib və onun yenilənməsinə ehtiyac duyulub: «Yenilənmiş saytda nazirliklə bağlı müxtəlif məlumatlarla yanaşı, əhali ilə əlaqə qurulması üçün xüsusi bölmələr yaradılıb.
Konkret olaraq rəhbər şəxslərin qəbul günləri, görüşləri və onun saatları barədə məlumat verilir. Eyni zamanda elektron müraciət forması da yaradılıb.
«Müraciətlər» bölməsində vətəndaşlar nazirliyin istənilən idarəsinə öz sorğusunu, müraciətini və məktubunu ünvanlaya bilər. Müraciət qəbul olunur və dərhal həmin şəxsə cavab verilir ki, məktubunuz qəbul olundu. Bundan sonra müvafiq idarəyə təqdim olunur və vətəndaşın sorğusuna cavab verilir».
SEYMUR