Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“.az” domen zonasında qeydiyyatdan keçən domenlərin sayı durmadan artır


Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan  keçən domenlərin sayı artmağa davam edir.

“İCTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, “.az” domen zonasında artıq 14100 domen adı qeydiyyatdan keçib.

İlin əvvəlindən ləğv olunan domenlərin sayı 979, qeydiyyata düşən domenlərin sayı isə 1963-ə bərabərdir.
Domenlərin böyük əksəriyyəti “.az” (13033) domeninin payına düşür. Həmçinin 618 ədəd “.com.az” domeni qeydiyyatdan keçib.






Sonrakı yerlər aşağıdakı kimidir:
  1. “.pro.az”            4
  2. “.name.az”         5
  3. “.biz.az”         14
  4. “.info.az”           20
  5. “.co.az”         32
  6. “.pp.az”         42
  7. “.int.az”         44
  8. “.net.az”         55
  9. “.org.az”            89
  10. “.edu.az”           139
 
“.mil.az”, “.samux.az”, “.zaqatala.az”, “.ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirim ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (İnternet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqust ayının 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.
 
EMİL 
 
 





03/05/12    Çap et