Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un mobil auditoriyası 2,5 dəfədən çox artıb


Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” mobil əlavə istifadəçiləri tərəfindən yaradılan trafikin xeyli dərəcədə artması haqqında məlumat verib.

Rəsmi məlumatlara görə, 2012-ci ilin aprelində “Facebook” sosial şəbəkəsinin “iOS”, “Android” və digər proqram platformaları üçün mobil tətbiqlərinin istifadəçilərinin sayı 160 milyonu ötüb. “Instagram”-ın 35 milyon istifadəçisi bu göstəriciyə daxil edilməyib, çünki satınalma prosesi hələ tam başa çatmayıb.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin fevralında “Facebook”un mobil auditoriyası 60 milyon insan təşkil edib və onlar sayta ümumilikdə  320 milyon dəfə daxil olublar.




 
EMİL





03/05/12    Çap et