Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmiz “Monex” təcili pul köçürmə sisteminə də qoşulacaq


“Azərpoçt” MMC-nin 300-dən  çox poçt şöbəsi “Western Union” beynəlxalq pul köçürmələri sistemində qeydiyyatdan keçib. Müəssisənin maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədovun verdiyi məlumata görə, Coinstar pul köçürmələri sistemi ilə aparılan daşıqlar yekunlaşmaq üzrədir.

Onun sözlərinə görə, müəssiənin hal-hazırda “Western Union”, “Coinstar” və “CONTACT” beynəlxalq pul köçürmələri sisteminə qoşulması prosesi həyata keçirilməkdədir.

Eyni zamanda, “Migom” beynəlxalq pul köçürməsi sistemi ilə də danışıqlar aparılır. 2011-ci ilin noyabr ayında “Azərpoçt” MMC ilə “RusSlavbank” arasında imzalanmış müqaviləyə əsasən “CONTACT” Beynəlxalq pul köçürmələri “Azərpoçt” MMC-nin Bakı daxili şöbələri tərəfindən həyata keçirilir.

2012-ci il ərzində “CONTACT” Beynəlxalq pul köçürmələri sisteminin “Azərpoçt” MMC-nin  Avtomatlaşdırılmış  Korporativ İnformasiya Sisteminə inteqrasiyası prosessi başa çatdıqdan sonra  əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur.

Bundan başqa “Azərpoçt” MMC ilə “Muğanbank” ASC arasında imzalanmış müqaviləyə əsasən “Monex” təcili pul köçürmə sisteminin bütün poçt şöbələrində fəaliyyətinin həyata keçirilməsi prossesi mümkün olacaqdır.
 
RƏVAN





03/05/12    Çap et