Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti ilk ultrabuklarını təqdim edib


"Sony" şirkəti "VAIO T" xəttindən olan ilk ultrabuklarını təqdim edib. Satışda 11,6 və 13,3 düymlü ekrana malik modellər olacaq. Ultrabuklar "İntel Core i3" (Sandy Bridge) prosessoru ilə təchiz edilib, korpusun qalınlığı 17,8 millimetr, çəkisi isə təxminən 1,6 kiloqramdır.

"Sony" şirkətinin yeni ultrabukları 320 QB tutuma malik sərt disk, əməliyyat sisteminin sürətli şəkildə işə salınması üçün 32 QB tutuma malik "SSD" disk, "İntel HD Graphics 3000" ilə təchiz edilib, əməli yaddaş tutumu 4 qiqabayta bərabərdir.

Hər iki noutbuk "Windows 7 Home Premium" əməliyyat sistemi əsasında  işləyir. 13,3 düymlü "VAIO T" ultrabukunda ekranın təsvir ölçüsü 1366x768 nöqtə təşkil edir. Digər modelin ekranının xüsusiyyətləri haqqında məlumat verilməyib.

Avtonom iş müddəti 9 saata qədərdir. Ultrabuklar, həmçinin "Bluetooth 4.0", "HDMI" interfeysi, 1,31 meqapikselli veb-kamera, "USB 3.0" və "2.0" portları ilə təchiz edilib. Optik qurğu yoxdur.
Ultrabuklar satışa 1 ay sonra çıxarılacaq. Qiyməti haqqında məlumat verilməyib.

EMİL





03/05/12    Çap et