Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Veb-səyyahların çəkişməsi davam edir


“Net Applications” şirkəti 2012-ci ilin aprelində veb-səyyah bazarındakı qüvvələr nisbətini qiymətləndirib.
“İnternet Explorer” 54,09 faiz göstərici ilə fərdi kompyuter sahibləri arasında ən geniş yayılmış veb-səyyah olaraq qalır.

“Firefox” veb-səyyahı, əksinə, bazar payını itirir; 2012-ci ilin aprelində onun bazar payı 20,20 faizə bərabər olub. Qeyd edim ki, cari ilin martında “Firefox”un payı 20.55 faiz idi.

“Chrome” veb-səyyahının bazar payı 1 ay ərzində 0,28 faiz artaraq  18,85 faizə bərabər olub. “Safari”nin bazar payı, əksinə, 0.26 faiz azalaraq 4,81 faiz təşkil edib. “Opera” veb-səyyahının payı (1.63 faiz) dəyişməyib.
Mobil səyyahlar seqmentində 63,84 faiz göstərici ilə “Safari” liderlik edir. “Android” və “Opera Mini” mobil səyyahlarının bazar  payı müvafiq olaraq 18,87 və 12,05 faizə bərabərdir.



EMİL




03/05/12    Çap et