Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM”-in proqram təminatı bazarında gəlir mənbələrini diversifikasiya edəcək


“IBM” korporasiyası şirkətlərə müştərilərin dəyişən davranışını təhlil etməyə və dərhal reaksiya verməyə kömək edən proqram təminatını hazırlayan “Tealeaf Technology” özəl şirkətini satın almasını elan edib. Tərəflər satınalma haqqında sazişin maliyyə məsələlərinə dair məlumat verməyiblər. Hər iki tərəf bildirib ki,  saziş cari rübdə bağlanacaq.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “IBM”-in mətbuat katibi qeyd edib ki, korporasiya “Tealeaf” şirkətini satın almaqla marketoloqlar üçün bir neçə yeni həll təqdim etməyə ümid edir və bu, “IBM”-in proqram təminatı bazarında gəlir mənbələrini diversifikasiya etməyinə imkan verəcək.










EMİL





03/05/12    Çap et