Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Webby” internet-mükafatının qaliblərinin adları açıqlanıb
Artıq 16 ildir ki keçirilən “Webby Awards” internet mükafatının münsiflər heyəti müxtəlif nominasiyalar üzrə 2012-ci ilin qaliblərinin adlarını elan ediblər. Mükafatlandırma mərasimi mayın 21-nə təyin edilib.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, "İlin sıçrayışı" nominasiyasında “Webby” mükafatına “Instagram” fotoxidməti layiq görülüb. Məlumat üçün qeyd edim ki, “Facebook” sosial şəbəkəsi bu yaxınlarda “Instagram” fotoxidmətini 1 milyard dollara satın alıb.
“Webby 2012” İnternet mükafatının müxtəlif nominasiyalar üzrə qalibləri sırasında, həmçinin “Google+” və “Pinterest” sosial şəbəkələri, “Spotify” musiqi xidməti, “Dropbox” adlı “bulud” xidməti də var.
EMİL
03/05/12 Çap et