Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” rəqiblərini ittiham edib
Finlandiyanın "Nokia" şirkəti "HTC", "Research in Motion" və "ViewSonic"-i onun 45 patentlənmiş texnologiyasından qanunsuz olaraq istifadə etməkdə ittiham edərək onlara qarşı iddia qaldırıb.
"İCTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Nokia" şirkəti patent hüququnun hansı məhsullarında pozulduğu və cavabdehlər qarşısındakı tələblərini dəqiqləşdirməyib.
"Bizim patentlərimizi 40-dan çox şirkət lisenziyalaşdırıb. Biz innovasiya və texnologiyalarımızdan qanunsuz istifadə edilməsinin qarşısını almaq üçün iddia qaldırmışıq" - "Nokia" şirkətinin baş hüquqşünası Luiza Pentland (Louise Pentland) bildirib.
"RIM" və "ViewSonic" şirkətinin nümayəndələri hələ ki "Nokia" şirkətinin iddiasına cavab verməyiblər. "HTC" şirkətinin nümayəndələri "Röyters" agentliyinə bildiriblər ki, onlar "Nokia"nın patentlərini 2003-cü ildən lisenziyalaşdırır və hazırda təhlil üçün iddia ərizələrinin surətini gözləyir.Qeyd edim ki, "Nokia" şirkəti dünyada ən böyük mobil telefon istehsalçılarından biridir.
EMİL
03/05/12 Çap et