Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Mur” qanunu aktuallığını itirir
Nəzəri fizika professoru Mitio Kaku hesab edir ki, “Mur” qanunu artıq aktuallığını itirir və yaxın 10 ildə qüvvədə olmayacaq. “İntel” korporasiyasının həmtəsisçisi Qordon Mur empirik müşahidələrə əsaslanaraq 1965-ci ildə bildirmişdi ki, inteqral sxemin kristalında yerləşdirilən tranzistorların sayı hər 18 aydan bir 2 dəfə artacaq.
"Biz artıq Mur qanununun ləngiməsini müşahidə edirik. Mövcud texnologiyalar ilə məhsuldarlığın həminki artım sürətini saxlamaq mümkün deyil" - Mitio Kaku belə hesab edir. Onun sözlərinə görə, ən mühüm problemlərdən biri istilik verilməsi olacaq, o, miniatürləşdirmə ilə bağlı təyin edilmiş qiymətləri ötəcək və çiplər sadəcə "əriyəcəklər".
Bundan əlavə, tranzistorların sıxlığını sonsuz olaraq kiçiltmək qeyri-mümkündür: Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, elektronların itkisi müşahidə olunacaq.
EMİL
03/05/12 Çap et