Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“eBay” mobil ödənişlər xidmətini satın alacaq


“EBay” internet hərracı “Zong” mobil ödənişlər xidmətini əldə etmək haqqında razılaşıb. Razılaşmanın dəyəri təxminən 240 milyon dollar təşkil edib. “eBay” əldə edilmiş ödəmə xidməti sistemi ilə onlayn hərrac “PayPal “ın mövcud bazasını birləşdirməyi planlaşdırır. Qeyd edək ki, hazırda “PayPal” istifadəçilərinin sayı 100 milyon insan civarında qiymətləndirilir. Onlardan 8 milyonu aldıqları mallar üçün ödəməni mobil telefonların köməyi ilə həyata keçirirlər. Şirkət 2011-ci ildə mobil sazişlərin ümumi həcmini 3 milyard dollar qiymətləndirib.
“Zong” xidmətlərindən dünyanın 45 ölkəsində 3 milyondan çox insan istifadə edir. 2008-ci ildə əsası qoyulmuş şirkətin müştəri bazasının sayı haqqında məlumat verilmir. 2010-cu ildə “Lead411” agentliyinin analitikləri “Zong”u ən müvəffəqiyyətli gənc şirkətlərindən biri kimi təsdiq ediblər. “Zong”un əldə edilməsi üzrə saziş rəsmən 2011-ci ilin üçüncü rübündə nizamlayıcı orqanlar tərəfindən razılıqdan sonra bağlanacaq.




08/07/11    Çap et