Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Abşeron yarımadasına dair məlumatlar “Elektron hökumət” portalında yerləşdirilib


Torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq əhalisinin yarısından çoxu torpaq mülkiyyətçisinə çevrilmiş ölkəmizdə bu islahatın nəticələri olan dövlət torpaq kadastrı məlumatları müasir formatda "elektron hökumət" çərçivəsində dövlət və geniş əhali kütləsinə xidmət etməlidir.

Bu istiqamətdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 425 nömrəli Fərmanına müvafiq olaraq zəruri tədbirlər görülməkdədir.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində "İnteraktiv elektron xəritələr elektron hökumətin xidmətində" mövzusunda keçirilən tədbirdə komitə sədri Qərib Məmmədov səsləndirib.

Onun sözlərinə görə,  bu istiqamətdə görülən işlərin nəticələri olaraq təkcə Abşeron yarımadası üzrə 35 min parselə (torpaq sahəsinə) dair məlumatlar "Elektron hökumət" portalında yerləşdirilib. Yaxın zamanlarda bu rəqəm 500000-ə çatdırılacaq.

Bu işlər eyni zamanda keçmiş Sovetlər İttifaqı dövründə hazırlanmış xəritələrə istinadən aparılmış torpaq islahatının nəticələrinin müasir elektron formatda hazırlanmış xəritələrin üzərinə köçürülməsinə geniş şəkildə imkan yaradıb.
 
CAHANGİR





03/05/12    Çap et