Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elm və Texnika üzrə Dövlət Komitəsi bərpa olunsun?
"Bakı Dövlət Universitetinin üstünlüyü ondan ibarətdir ki, həm elmi koordinasiya edir, həm də gənc mütəxəssislər hazırlayır". "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov söyləyib.
O bildirib ki, əvvəllər Azərbaycanda elmi və texnikanı koordinasiya edən Elm və Texnika üzrə Dövlət Komitəsi olub. Həmin qurumun ləğvindən sonra koordinasiya məsələlərində müəyyən problemlər yaranıb: "Hesab edirəm ki, həmin komitə kimi yeni bir qurumun yaranmasına ehtiyac var".
SEYMUR
03/05/12 Çap et