Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un qiyməti məlum olub


“Facebook”  sosial şəbəkəsinin 1 səhminin qiyməti “IPO” zamanı 28-35 dollara bərabər olacaq.
“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bu halda bütün şirkətin qiyməti  85 - 95 milyard dollar arasında təşkil edir. Bütün səhmlərin 10 faizindən çoxunu isə satmaq planlaşdırılır; nəticədə “Facebook” təxminən 12 milyard dollar qazanacaq.

“BBC News” qeyd edir ki, hətta “IPO”-dan sonra şirkət üzərində nəzarəti “Facebook”un banisi və direktoru Mark Zukerberq saxlayacaq. O, digər səhmdarlarla razılaşma sayəsində 57,3 faiz səs hüququ verən səhmə malikdir.

Beləliklə, “Forbes” jurnalının versiyasına görə, Mark Zukerberq dünyanın ən zəngin insanları siyahısında təxminən 33-cü yerdə qərarlaşacaq.
 



EMİL





04/05/12    Çap et