Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər bankı şantaj edir
Naməlum hakerlər Belçikanın "Elantis" bankının qarşısında şərt qoyublar: bank ya hakerlərə 150 min avro ödəməli, ya da ki onlar bankın müştərilərinin şəxsi informasiyasını internetdə dərc edəcəklər.
Müraciətdə qeyd edilib ki, bu məbləğ kredit təşkilatında çalışan işçilərin ağılsızlığı üçün ödəniləcək: hakerlər bildiriblər ki, məlumatlar serverlərdə şifrələnməmiş formada saxlanılıb və onları ələ keçirmək çox asan olub.
"İCTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, bank rəhbərliyi artıq "sındırılma" faktını təsdiq edib və qeyd edib ki, təxminən 3700 müştərinin şəxsi məlumatları kibercinayətkarların əlinə keçib. "Elantis" bankının rəsmi saytı müvəqqəti olaraq bağlanmışdı və hadisənin araşdırılması üçün yerli polis cəlb edilmişdi.
Bank nümayəndələri bildiriblər ki, onlar hakerlərin tələblərini yerinə yetirməyəcəklər. Hazırda kibercinayətkarların şəxsiyyətlərini təyin etməklə bağlı işlər aparılır.
EMİL
04/05/12 Çap et