Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli internet provayder yeni kampaniyaya başlayıb


"AzStarNet" internet provayderi yeni güzəştli kampaniyaya start verib.  "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, kampaniyanın şərtlərinə əsasən, 1 may tarixindən etibarən 3 aylıq ödəniş edən hər yeni abunəçiyə  pulsuz "WiFi" modem təqdim olunacaq. 6 aylıq ödəniş edən yeni abunəçiyə isə modemlə yanaşı, 2 mbit/s əvəzinə 4 mbit/s sürət veriləcək.

Qeyd edək ki, bu gün qabaqcıl şəbəkə operatorlarından və internet provayderlərindən biri olan "AzStarNet" şirkəti  informasiya texnologiyaları bazarında 2002-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin xidmət ərazisi Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını əhatə edir.








CAHANGİR





04/05/12    Çap et