Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Erik Şmidt: “Sosial şəbəkələrə hələ də ehtiyac var”


“Google” “Facebook” və “Twitter”lə əməkdaşlığı genişləndirməyə hazırdır və onlar üçün “qapı”lar açıqdır”. Bu barədə “Google”, şirkətinin keçmiş baş direktoru və Direktorlar şurasının indiki sədri Erik Şmidt “Reyter” agentliyinə müsahibəsində bildirib. Axtarış nəhəngi tərəfindən “Google+” sosial şəbəkəsinin açılışını şərh edən cənab Şmidt qeyd edib ki, bu seqmentdə hələ yeni sosial şəbəkələrə ehtiyac var. Həmçinin Erik Şmidt şirkətin ABŞ-ın antiinhisar komitəsi ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib, lakin iyun ayında başlanmış formal yoxlamanın “Google”un strateji planlarının reallaşdırılmasına mane olmasına yol verməyəcəyini də bildirib.
Məlum olduğu kimi, Şmidt, “Google” rəhbərlik postunu axtarış mühərrikinin həmtəsisçisi Larri Peycə verərək, indi şirkətin dövlət strukturları ilə qarşılıqlı təsirinə nəzarət edir. “Google+”a gəlincə, o hesab edir , indi yeni sosial şəbəkənin hər hansı qiymətləndirilməsi hələ çox tezdir.




08/07/11    Çap et