Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“McAfee” antivirusunun yaradıcısını həbs ediblər


Belizdə xüsusi təyinatlı dəstə (Gang Suppression Unit) "McAfee" antivirusunun yaradıcısı Con Makafinin evinə hücum edərək onu həbs ediblər. Təxminən 30 hərbçinin iştirak etdiyi xüsusi əməliyyat zamanı Makafinin iti öldürülüb. Yerli hakimiyyət bildirib ki, antivirus yaradıcısı qanunsuz olaraq silah saxlamaqda ittiham edilib.

"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" resursuna istinadən bildirir ki, Con Makafidən savayı, həmçinin onun 12 əməkdaşı da həbs edilib. Onlar yerli həbsxanaya salınmışdılar. Lakin məsələyə Amerika səfirliyi müdaxilə etdikdən sonra onlar azad ediliblər.
 
Makafi hesab edir ki, baş vermiş hadisə onun yerli nüfuzlu siyasətçilərdən birinin ünvanına xeyli miqdarda vəsait ayırmaması  ilə bağlıdır.





 
EMİL





04/05/12    Çap et