Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” şirkəti dünyada 2 QB əməli yaddaşa malik ilk smartfonu təqdim edib
“LG” şirkəti, həmçinin öz flaqman smartfonunu təqdim edib. Koreya korporasiyası “Optimus LTE 2” - dünyada 2 QB əməli yaddaşa malik və “Android” əsasında işləyən ilk smartfon təqdim edib. Aparat dördüncü nəsil şəbəkəsini (4G) dəstəkləyir və yaxın həftələr ərzində satışa çıxarılacaq.
“LG Optimus LTE 2” smartfonu “Android 4.0” platforması əsasında işləyir və 2150 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Modelin texniki xüsusiyyətləri dəqiq məlum deyil.
EMİL
04/05/12 Çap et