Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İstifadəçilər 1 dəqiqə ərzində təxminən 1800 dəfə veb-hücumlara məruz qalır
İstifadəçilər internetdə olarkən orta hesabla saat ərzində 108035 dəfə və ya 1 dəqiqə ərzində 1800 dəfə veb-hücumlara məruz qalır. Kibercinayətkarlar 2011-ci ildə veb-hücumların həyata keçirilməsi üçün 4073646 domendən istifadə ediblər.
"Kasperski Laboratoriyası" ən çox ziyanverici istinada malik olan resursları təhlil edib. Təhlil nəticəsində məlum olub ki, birinci yerdə videoməzmuna malik (31 faiz ziyanverici istinad) müxtəlif əyləncə saytları qərarlaşıb. İkinci yerdə 21 faiz göstərici ilə axtarış sistemləri yerləşib.
Sosial şəbəkələr 21 göstərici ilə üçüncü yerdə, dördüncü və beşinci yerlərdə isə müvafiq olaraq “böyüklər” üçün məzmuna malik və müxtəlif reklam şəbəkələri yerləşiblər.
EMİL
04/05/12 Çap et