Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"CERN"-də işləyən fransalı fizik terror aktı hazırladığına görə 5 il müddətinə həbs cəzasına məhkum edilib


Fransa məhkəməsi "CERN"-də işləyən alimi terror aktı hazırladığına görə 5 il müddətinə həbs cəzasına məhkum edib. Fizik Adlen Xiçur 2009-cu ildə, polis onun elektron poçtunu ələ keçirdikdən sonra həbs edilmişdi.

Yazışmalar araşdırıldıqdan sonra Adlen Xiçurun “Əl-Kaidə” ilə bağlı olduğu məlum olmuşdu.
"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Xiçurun vəkilləri bildiriblər ki, onların müştərisi real terror aktı törətməyib, o heç əsl terrorçu da deyil, ona görə onu digər maddələr üzrə mühakimə etmək lazımdır.

Xiçur artıq faktiki olaraq 2.5 ildir ki həbsdədir və məhkəmənin qərarını gözləyir. 2008-ci ildə Fransa prezidenti Nikolya Sarkozinin ünvanına təhdid dolu məktubların göndərilməsində əli olduğundan ona qarşı şübhələr yarandı və prezident mühafizəsi Xiçurun “Əl-Kaidə”nin Mustafi Debçi kimi tanınan aktiv üzvü əlaqə olduğunu təyin etmişdi.


EMİL





05/05/12    Çap et