Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşetlərin rüblük satışları 120 faiz artıb


"IDC" şirkəti 2012-ci ilin birinci rübü üzrə planşet kompyuterləri bazarına dair ilkin tədqiqat nəticələrini elan edib.

"İCTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, hesablamalara görə, 2012-ci ilin yanvar-mart ayları ərzində müxtəlif proqram-aparat platformalarında işləyən 17,4 milyon planşet satılıb. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 120 faiz  çoxdur. Lakin 2011-ci ilin son rübündə 28,2 milyon qurğu satıldığını nəzərə alsaq, o zaman azalma 40 faiz təşkil edib.

"Apple" korporasiyası 11,8 milyon "iPad" planşeti satıb. Müqayisə üçün: 2011-ci ilin son rübündə bu göstərici 15.4 milyon olub. Bu halda şirkətin payı 54,7 faizdən 68 faizə qədər artıb.

"IDC" analitik şirkətinin məlumatına görə, "Amazon Kindle Fire" planşetlərinin satışları kəskin azalıb. 3 ay ərzində şirkətin payı 16,8 fazidən 4,0 faizə qədər azalıb."IDC" şirkəti qeyd edib ki, hazırda "Samsung" şirkəti ikinci yerdə,  "Lenovo" isə dördüncü yerdə qərarlaşıb.
 
EMİL





05/05/12    Çap et