Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SAZZ”-ın simsiz limitsiz internet şəbəkəsinin Mingəçevir ofisinin açılışı olub


Ümummilli lider Heydər Əliyevin xatirəsinə “Azqtel” şirkəti Bakı şəhərindən kənarlarda simsiz internet fəaliyyətini genişləndirmək məqsədi ilə “SAZZ”-ın simsiz limitsiz internet şəbəkəsinin Mingəçevir ofisinin təntənəli açılışı olub.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, açılışda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Azqtel” şirkətinin rəhbərləri  Gündüz Babayev və Sammy Boakye, “KÜR” EAİ MMC-nin direktoru Rizvan Osmanov və digər qonaqlar iştirak ediblər. Bununla da “SAZZ” Mingəçevir şəhərinin ərazisində 10Mb/san sürəti ilə limitsiz internet yayımına başlayıb.

Qeyd edək ki, ərazidə “WiMax” texnologiyası ilə simsiz limitsiz internet şəbəkəsi yaradılıb və bu şəbəkənin inkişafına “Azqtel” şirkəti və “KÜR” EAİ MMC tərəfindən lazımi səviyyədə investisiya qoyuluşunu təmin edib.

Nəticədə, yüksəksürətli və  keyfiyyətə malik genişzolaqlı internet şəbəkəsi yaradılıb. Müştərilər bu şəbəkəyə qoşulduqdan sonra istədiyi yerdə, yayım əhatə dairəsində, yüksək limitsiz internet ala biləcək. Eyni zamanda, Bakı və Bakıətrafı ərazidə internet şəbəkəsindən heç bir artıq tələblər olmadan bu şəbəkəyə qoşula biləcəklər. Hesab olunur ki, bu şəbəkənin yaradılması Mingəçevirdə internet problemlərini həll edib.
 
HƏQİQƏT





05/05/12    Çap et