Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“KATV1” əlavə televizorun rəqəmsal baza paketinə qoşulma haqqını azaldıb


"KATV1" kabel televiziya operatoru əlavə televizorun rəqəmsal baza paketinə qoşulma haqqını iki dəfədən çox endirib.
Şirkətdən bildirilib ki, bundan öncə əlavə televizorun rəqəmsal baza paketinə qoşulma haqqı 9 manat idisə, indi bu qiymət 4 manata endirilib.

Endirim rəqəmsal yayıma keçmə strategiyası çərçivəsində həyata keçirilib.Hazırda "KATV1"-in rəqəmsal baza paketinə 82 telekanal daxildir.

"KATV1"-in rəqəmsal paketinə qoşulan abunəçilər aylıq abunə haqqını bir sıra bankın filiallarında, universal ödəmə kartları, ödəmə terminalları və internet vasitəsilə ödəyə bilər.

Hazırda ölkə üzrə "KATV1" kabel televiziyası operatorunun 12 ofisi fəaliyyət göstərir. Onlardan 8-i Bakıda, 2-si Xırdalan və Mingəçevirdə, 2-si isə Gəncədə yerləşir.
 
GÜLNAR





05/05/12    Çap et