Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Meksika Azərbaycan jurnalistlərinin elektron qeydiyyatını təklif edir
Azərbaycan Xarici İşlər Nazirliyinə Meksikanın Türkiyədəki səfirliyindən, 18-19 iyun 2012-ci il tarixlərində Meksikanın Los Kabos şəhərində keçiriləcək G-20 ölkələrinin Zirvə Görüşünün işıqlandırılması məqsədilə mətbuat nümayəndələrinin akkreditasiyadan keçirilməsi ilə bağlı müvafiq məlumat daxil olub. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Zirvə Görüşündə iştirak etmək istəyən media nümayəndələri akkreditasiyalarını 13 may 2012-ci il tarixindən gec olmayaraq "http://www.g20.org/en/acreditaciones" elektron ünvanından əldə edə bilərlər. Akkreditasiyalar elektron halda olacaq və 13 may tarixindən sonra ərizələr qəbul olunmayacaqdır.
Zirvə Görüşündə iştirak edəcək media nümayəndələrinin səfərləri ilə bağlı xərclərinin ödənilməsi üçün "Tourism & Conventions" adlı agentlik ilə əlaqə saxlanılması Meksika tərəfindən tövsiyə olunur.
Agentlik haqda məlumat:
"Turismo & Convenciones", Mrs. Adriana Zaldivar
E-mail: "azaldivar@turycon.com.mx"
Ünvan: Angel Urruza 625, Col. Del valle, 03100 Mexico, D.F.
Tel.: 52 55 5148 7500
Faks: 52 55 5148 2010
Elektron ünvan: "www.turycon.com.mx"
Tədbirlə bağlı bütün suallara cavabları "acreditaprensag20@sre.gob.mx" e-mail ünvanından əldə etmək mümkündür.
SEYMUR
05/05/12 Çap et