Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Yahoo"nun direktoru xülasəsindəki (CV) yanlış məlumatlara görə işdən çıxarıla bilər


"Yahoo" internet şirkətinin baş direktoru Skott Tompson (Scott Thompson) işdən çıxarıla bilər. Belə ki, onun xülasəsində (CV) təhsili haqqında yanlış məlumat verdiyi məlum olub. Bu barədə şirkətin Direktorlar şurasının bəyanatına istinadən "All Things Digital" bloqu yazıb.

"Yahoo"nun investorlarından biri Daniyel Leb (Daniel Loeb) şəxsi bloqunda bildirib ki, şirkətin hazırkı baş direktoru öz xülasəsində qeyd edib ki, o, kompyuter texnologiyaları sahəsində elmi dərəcəyə malikdir, əslində Skott Tompson mühasibat üzrə bakalavar dərəcəsinə malikdir.

"Yahoo"nun mətbuat xidməti operativ olaraq bəyan edib ki, Tompsonun xülasəsindəki İT sahəsi üzrə dərəcə haqqında yazı səhvin nəticəsidir. Lakin Leb təkid edir ki, Tompson çıxarılmalıdır. "Yahoo"nun Direktorlar şurası vəziyyəti diqqətlə araşdıracağına və səhmdarlar üçün açıqlama verəcəyinə dair söz verib. Nəticədə Tompson həqiqətən işdən çıxarıla bilər,- "ATD" yazıb.

Məlumat üçün bildirim ki, "Yahoo" internet şirkətinin əsası 1994-cü ilin yanvarında Stenford Universitetinin  aspirantları Devid Filo və Cerri Yanq tərəfindən qoyulub.
 
EMİL





05/05/12    Çap et