Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Android" smartfonlar virusa ilk dəfə olaraq saytlar vasitəsilə yoluxmağa başlayıblar


"Lookout Mobile Security" antivirus şirkətinin ekspertləri "Google" şirkətinin "Android" platforması ilə işləyən qurğular üçün ilk troyan qeydə alıblar. Troyan "sındırılmış" veb-saytlar vasitəsilə yayılır. Bu barədə antivirus şirkətinin bloqunda bildirilib.

"İCTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "NotCompatible" adlı ziyanverici proqram saytın kodunda "gizlənib" və səhifəyə "Android" smartfondan daxil olduqda virus özünü sistem yenilənməsi kimi qələmə verərək avtomatik olaraq "Update.apk"-ni yükləməyə çalışır. "APK" fayl aparata quraşdırıldıqda o, virusa yoluxur.

Analitiklər bildiriblər ki, troyan yalnız "Android" ilə işləyən qurğulara ziyan vurur. Əgər həmin səhifəyə fərdi kompyuter və digər platforma ilə işləyən  smartfondan daxil olunsa, o, heç bir ziyan vurmayacaq.
"NotCompatible" troyanı hələ ki yalnız az tanınan saytlarda aşkar edilib. Bununla belə, ekspertlər əlavələri naməlum mənbələrdən quraşdırmamağı tövsiyə edirlər. Bu funksiyanı sazlamalar səhifəsində deaktiv etmək olar.
 
EMİL





05/05/12    Çap et