Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “Microsoft” proqramları üzrə mütəxəssislər hazırlanacaq


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) "Microsoft İT Akademiya" layihəsinə start verilir. Layihənin məqsədi universitetdə "Microsoft" proqramları üzrə mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır.

"İCTnews" elektron xəbər xidmətinə bu barədə "Microsoft-Azərbaycan"ın Təhsildə Əməkdaşlıq Proqramının rəhbəri Emin Axundov məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində universitetin öz müəllimləri tərəfindən tələbələrə kurslar keçiriləcək: "Microsoft İT Akademiya" Proqramı universitet daxilində İT sahəsində mütəxəssislərin hazırlığı üçün imkan yaradır. Təlimlər universitetin müəyyən etdiyi müddət və şərtlərə əsasən aparılacaq. Universitet tələbələri təlimlərdən keçdikdən sonra imtahan verib "Microsoft"un sənaye sertifikatlarını ala bilərlər.

Bununla da onlar gələcək həyatda yalnız universitetin diplomu ilə deyil, "Microsoft"un dünyada tanınmış sertifikatlarını da əldə etmiş olacaqlar. Beləliklə, tələbələr peşəkarlıq səviyyələrini artırıb real həyata, gələcək işə hazır olacaqlar".

Hazırda universitet sözügedən sahənin tədrisi üzrə müəllimlərlə hazırlıq işləri aparır: "Çox güman ki, növbəti tədris ilindən Azərbaycan Memarlıq və İnşaat Universitetində "Microsoft İT Akademiya"nın fəaliyyətinə start veriləcək. İstəyirik ki, bu akademiya Azərbaycanın İT fakültələri olan bütün ali təhsil müəssisələrində yaradılsın".

HƏQİQƏT




07/05/12    Çap et