Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” platforması smartfon bazarının 50 faizinə nəzarət edəcək
"Ovum" tədqiqat firması smartfon bazarı üzrə 2017-ci ilədək olan proqnozunu elan edib. Hesablamalara görə, 2011-ci ildə smartfon satışlarının həcmi 491,4 milyon təşkil edib.
Müqayisə üçün bildirim ki, 2010-cu ildə smartfon satışlarının həcmi 304,7 milyona bərabər olmuşdu. Beləliklə, artım 61.3 faiz təşkil edib. "Ovum" tədqiqat firması hesab edir ki, smartfon satışlarının orta illik artım sürəti 5 il ərzində 24,9 faiz təşkil edəcək. B
eləliklə, 2017-ci ilədək smartfon bazarının həcmi 1,7 milyarda çatacaq. Məlumat üçün qeyd edim ki, 2010-cu ildə "Android" platforması ilə işləyən smartfonların payı 17 faiz təşkil edib. Müqayisə üçün: keçən il bu göstərici 44 faizə bərabər olmuşdu. "Ovum" şirkətinin analitiklərinin proqnozlarına görə, 2017-ci ilədək bu göstərici 48 faizə qədər artacaq.
EMİL
07/05/12 Çap et