Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Son il ərzində “SMS” spamın həcmi 45 faiz artıb


Analitiklərin fikrincə, 2011-ci il ərzində ABŞ-da mətn spamının həcmi 2010-cu illə müqayisədə 45 faiz artıb və təxminən 4,5 milyard mesaj təşkil edib. Mətn mesajlarını göndərənlər qənaət üçün əksər hallarda limitsiz tarif planlarından istifadə edirlər.

"İCTnews.az" elektron xəbər xidməti "mobi.ru" saytına istinadən bildirir ki, bu mətn mesajlarının bir çoxunda virusa yoluxmuş ziyanverici proqram və ya saytlara istinadlar yerləşdiyindən, ona görə belə mesajları dərhal silmək və bu barədə mobil operatoru məlumatlandırmaq tövsiyə edilir.

EMİL




07/05/12    Çap et