Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon”un da internet mağazası “App Store” adlanacaq


Şimali Kaliforniyanın dairə məhkəməsi ”Apple şirkətinin “Amazon”un proqram mağazası üçün ad kimi "Appstore" sözündən istifadə etməyə qadağa tələbini rədd edib.
“Apple” şirkəti "App Store" və "Appstore" adlarında 2 mağazanın mövcudluğunun istehlakçıları yanıldacağına dair əsaslı sübutlar təqdim etməyi bacarmayıb. Qeyd edək ki, internet-riteyler “Amazon Appstore” adlı “Android” mobil platforması üçün proqramlar mağazasını martda istifadəyə verib. Eyni ayda isə “App Store” mağazasına malik olan “Apple” şirkəti “Amazon”u məhkəməyə verib. Stiv Cobsun şirkəti təkid edib ki, digər şirkət tərəfindən "App Store" və ya "Appstore" sözlərindən istifadə “Apple” şirkətinin intellektual mülkiyyət hüquqlarını pozur. “Apple” şirkətinin “Amazon”a dair iddiaları haqqında iş ilə bağlı tam dinləmələr 2012-ci ilin oktyabr ayında olacaq.




08/07/11    Çap et