Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti 2012-ci ildə 200 milyon smartfon tədarük etmək niyyətindədir
“Samsung Electornics” şirkəti 2012-ci ildə dünya bazarına 200 milyon smartfon tədarük etməyi və bu bazardakı payını 23-24 faizə qədər artırmağı planlaşdırır.
Bu barədə “Samsung”un mobil biznes bölməsinin prezidenti Cey Key Şin məlumat verib. “IDC” analitik şirkətinin məlumatına görə, “Samsung” şirkəti 2011-ci ildə bazara 94 milyon smartfon tədarük edərək satışların həcmini 310.5 faiz artırıb.
“Strategy Analytics” şirkətinin məlumatına əsasən, “Samsung” 2012-ci ilin birinci rübünün nəticəsinə görə, ən böyük mobil telefon istehsalçısı olub.
EMİL
07/05/12 Çap et