Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kişilər qadınlardan daha çox internetdən istifadə edir
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin əvvəlində ölkə əhalisində olan kompyuterlərin sayı 419.8 min ədəd təşkil edib. Son 1 ildə isə, kompyuterlərin ümumi sayı 72.5 min ədəd və ya 20.9 faiz artıb. Kompyuterlərə malik ev təsərrüfatlarının xüsusi çəkisi son 1 ildə 18.2 faizdən 21.7 faizə yüksəlib. Hər 100 nəfərə düşən kompyuterlərin sayı 3.9 ədəddən 4.6 ədədə çatıb. Əhalinin 39.7 faizi kompyuterdən öz mənzillərində, 22.4 faizi iş yerində, 22.3 faizi təhsil müəssisələrində istifadə edir. Hər 5 nəfərdən 3-ü kişi, 2-si qadın olmaqla əhalinin 36 faizi internet istifadəçisidir.
08/07/11 Çap et