Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Paytaxtda vətəndaşların genişzolaqlı internet xidmətlərinə çıxışı genişləndirilir
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi geniş tədbirlər planı hazırlayıb.
Birliyin baş direktor müavini Xankişi Kişiyevin "İCTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, H.Əliyev 17 ünvanında 3776 nömrə tutumlu "ONU" avadanlığı istifadəyə verilib.
Bundan başqa Yeni Mehmandarov ATS-nin tutumu 3664 nömrəyə, Ramanı, Savalan və Kürdəxanı ATS-lərinin hər birinin tutumu 1888 nömrəyə çatdırılıb. 550 ATS NGN əsasında qurulub.
BTRİB şəbəkəsi üzrə vətəndaşların genişzolaqlı internet xidmətlərinə çıxışının təmin olunması üçün isə 16878 ADSL portu artırılıb.
RƏVAN
07/05/12 Çap et