Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycana daxil olan internet-trafikin həcmi 40 Gbit/saniyə artıb


 Azərbaycanın ilkin provayderi "Delta Telecom"un infrastrukturu üzrə son ayda (10 aprel-7 may) ölkəyə daxil olan internet-trafikin həcmi 40 Gbit/saniyə artaraq 220 Gbit/saniyəyə çatıb.

Bu barədə "Delta Telecom" şirkətinin texniki direktoru Raid Ələkbərli bildirib. R.Ələkbərlinin sözlərinə görə, ölkəyə idxal edilən trafikin ümumi həcminin yarısından çoxu istifadə edilir, qalan hissə hələlik yüklənməyib və "AzNET" seqmentinin xarici amillərdən təsirinin möhkəmliliyini artırmaq məqsədilə ehtiyatda saxlanılır.

Yaxın vaxtlarda məlumatötürmə magistral şəbəkəsinin buraxılış qabiliyyəti artırılacaq.




07/05/12    Çap et