Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MTRŞ-nin iclası keçirilib
07 may 2012-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda "SN Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. MTRŞ "SN Telekom" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şuranın yaydığı məlumatda deyilir. İclasda, həmçinin "Space” Müstəqil televiziya və radio şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Milli Televiziya və Radio Şurasının 22 dekabr 2011-ci il tarixli qərarının tələblərini pozması faktı üzrə başlanmış inzibati icraat üzrə işə də baxılıb.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olaraq "Space" Müstəqil Teleradio şirkəti MTRŞ-nin qərarına əsasən inzibati məsuliyyətdən azad edilib.
CAHANGİR
08/05/12 Çap et