Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ƏƏSMN-də e-xidmət növlərinin tam aktivləşdirilməsi təmin olunacaq
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən öz fəaliyyət sahələrinə uyğun elektron xidmətlərin tətbiqi işləri cari ilin aprel ayında da davam etdirilib.
Belə ki, Nazirlər Kabineti tərəfindən nazirliyə ünvanlanmış 03 aprel 2012-ci il tarixli 26/14-17 nömrəli məktuba əsasən, yenidən tərtib edilmiş «Elektron xidmət növlərinin Siyahısı»na nazirliyin müvafiq struktur bölmələri tərəfindən baxılaraq, rəy və təklifin olmadığı barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məlumat verilib.
Bu barədə "İCTnews" elektron xəbər xidmətinə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev məlumat verib. Onun sözlərinə görə, təmsil etdiyi orqan tərəfindən göstəriləcək elektron xidmət növlərinin yenidən tərtib olunmuş siyahısı aşağıdakı kimi müəyyən olunub:
1. Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu;
2. Peşə seçimi ilə bağlı onlayn testləşdirmə;
3. Məşğulluq orqanları vasitəsilə iş axtarışı;
4. İşəgötürənlərin hesabatlarının onlayn təqdim olunması;
5. İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu;
6. İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru;
7. İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi;
8. Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu;
9. Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu
10. Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator;
11. Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu.
A.Əliyev əlavə edib ki, “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, ”Peşə seçimi ilə bağlı onlayn testləşdirmə`”, “Məşğulluq orqanları vasitəsilə iş axtarışı”, ``Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator``, ``İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi`` kimi xidmətlər artıq fəaliyyət göstərir.
Qısa müddət ərzində digər e-xidmət növlərinin də tam aktivləşdirilməsi təmin olunacaqdır: «Həmçinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli 191 nömrəli qərarının 5.1-və 5.2-ci bəndlərinə uyğun olaraq, gostərilən elektron xidmətlərin Elektron Xidmətlər Reyestrində qeydə alınması və elektron xidmətlərin gostərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün Rabitə və İnformasiya Nazirliyinə müraciət edilib.
Görülmüş işlərlə yanaşı, hazırda zəruri proqram təminatlarının sifarişi, texniki avadanlıqların, o cümlədən serverlərin alınması, kadr potensialının peşəkarlığının artırılması və s. ilə bağlı məsələlərin həlli istiqamətində ciddi işlər aparılır».
SEYMUR
08/05/12 Çap et