Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Toshiba” varlanır


"Toshiba" şirkətinin 2011-2012-ci maliyyə ilinin dördüncü rübü üzrə mədaxili keçən ilin analoji dövrü ilə müqayisədə 17,5 faiz artaraq 1,75 trilyon yena (21,9 milyard dollar) təşkil edib. Bununla belə korporasiya 36 milyard (450 milyon dollar) həcmində zərərə məruz qalıb.

"İCTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən  bildirir ki, "Toshiba" şirkəti bildirib ki, ümumilikdə bütün maliyyə ili ərzində satışlar 6,1 trilyon yenadan (76,3 milyard dollar) 298,2 milyard yenaya qədər azalıb.

Mənfəət isə 73,7 milyard yena (921,4 milyon dollar) təşkil edib. Müqayisə üçün qeyd edək ki,  2010-2011-ci maliyyə ilində şirkət 64.1 milyard yena zərərə məruz qalmışdı.
 




EMİL





08/05/12    Çap et