Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Genişzolaqlı şəbəkə istifadəçilərinin sayı artıb
“Aztelekom” İB-nin xidmət ərazisində genişzolaqlı şəbəkə istifadəçilərinin sayı 42% artaraq 74 minə çatıb. Bu barədə birlikdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, birliyin rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, kənd yaşayış məntəqələrində də əhalinin genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə kənd EATS-nin birləşdirici xətlərinin optik kabellərlə təşkili – tam optikləşmə layihəsi sürətlə davam edir. Layihə çərçivəsində 21 Telekommunikasiya qovşağına 560 km FO kabelləri ayrılmış, artıq 400 km FO kabelinin çəkilişi başa çatdırılıb.
Qeyd edək ki, birlik üzrə Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Quba, Qusar və Xaçmazda həm rayon mərkəzlərində, həm də kəndlərdə yeni DSLAM avadanlıqları quraşdırılmaqla genişzolaqlı şəbəkənin tutumu artırılıb.
RƏVAN
08/05/12 Çap et